Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.
Universitetdəki aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:
Ümumi iqtisadiyyat peşə istiqaməti üzrə:
«Beynəlxalq iqtisadi münasibətlər»
«Maliyyə və kredit»
İnzibati idarəetmə peşə istiqaməti üzrə:
«Gömrük işinin təşkili» ixtisası;
Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı peşə istiqaməti üzrə:
«Yol hərəkətinin təşkili» ixtisası.
İnformatika və hesablama texnikası peşə istiqaməti üzrə:
«İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri» ixtisası.
«Maarif» peşə istiqaməti üzrə: «İbtidai təhsilin pedaqogikası və metodikası» ixtisası.
Hüquqşünaslıq peşə istiqaməti üzrə:
«Hüquqşünaslıq» ixtisası.
«Tibbi biologiya»peşə istiqaməti üzrə:
«Tibbi biologiya» ixtisası.
«Dilşünaslıq» peşə istiqaməti üzrə:
«Tərcümə (ingilis dili)» ixtisası.
Universitetdə aşağıdakı ixtisaslar üzrə magistratura fəaliyyət göstərir:
Maliyyə və kredit
Beynəlxalq iqtisadi münasibətlər
Hüquqşünaslıq
İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
Yol hərəkətinin təşkili
İkinci ali təhsil almaq istəyənlər universitetin uyğun ixtisaslarının müvafiq kurslarına müsahibə yolu ilə qəbul olunurlar. Universitetdə tədris prosesi yüksək səviyyədə qurulmuşdur. Tədrisə yüksəkixtisaslı tanınmış alimlər cəlb edilmişdir. Onlardan 3 nəfəri Azərbaycan EA-nın akademiki, 2 nəfəri EA-nın müxbir üzvü, 28 nəfəri elmlər doktoru, professor, 135 nəfəri elmlər namizədi, dosent və baş müəllimdir. Universitetin strukturuna 6 fakültə (iqtisadiyyat və menecment, hüquq, tərcümə, nəqliyyat, tibb, informatika və pedaqoji) və 14 kafedra daxildir.